"Türk Hava Yolları" bu ölkəyə uçuşları dayandırdı - KORONAVİRUSA GÖRƏ


"Türk Hava Yolları" (THY) şirkəti koronavirusun yayıldığı İtaliyaya uçuşları dayandırdığını açıqlayıb.
Yeniavaz.com
xarici KİV istinadən xəbər verir ki, bununla bağlı hava yolları şirkətindən bildirilib ki, son günlərdə İtaliyada yeni növ koronavirusun (Kovid-19) sürətlə yaylması səbəbilə təyyarə səfərlərində bəzi dəyişikliklər edilib:
"Son günlərdə İtaliyada sürətlə yayılan koronavirus xəstəliyi səbəlilə bəzi səfərlərimizdə dəyişikliklər edildi. Qeyd edilən səbəbə görə, 1 mart tarixində İtaliyaya olan uçuşumuz ləğv edilmişdir. Bilet alan sərnişinlər biletlərini başqa bir vaxta dəyişə, və ya qaytara bilərlər".
Qeyd edək ki, sonuncu məlumata görə, İtaliyada koronavirusdan ölənlərin sayı 21 nəfərdir, 821 nəfər isə virus daşıyıcısıdır.
İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top