Pakistanda avtobus qatarla toqquşdu, onlarla ölən var


Pakistanın cənubunda avtobusla sərnişin qatarının toqquşması nəticəsində azı 30 nəfər həlak olub.

Bu barədə hakimiyyət nümayəndəsinə istinadən “Kyodo” agentliyi bildirib.

Qeyd edilir ki, hadisə dəmir yol keçidində baş verib. Hadisə zamanı həmçinin daha 11 nəfər xəsarət alıb. Qəza yerində axtarış əməliyyatı aparılır.

Daha əvvəl "Sinxua" agentliyi hadisə zamanı 15 nəfərin həlak olduğunu, 30 nəfərin xəsarət aldığını bildirib. //Report

DİGƏR XƏBƏRLƏR

Top