Gürcüstanda karantinə götürülənlərin sayı artdı

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə yerləşdirilənlərin sayı artıb. 

Yeniavaz.com “report”a istinadla xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya məlumat verib.

Onun sözlərinə görə, hazırda 39 nəfər karantinə götürülüb: "21 pasiyentdə koronavirus təsdiqlənməyib. Ancaq bununla belə, onlar karantində saxlanılacaq".

Qeyd edək ki, Gürcüstanda 2 nəfərdə koronavirus aşkarlanıb. 

DİGƏR XƏBƏRLƏR

Top