“Bu insanlar 10 qəpiklik maskanı 2 manat 70 qəpiyə verir a kişi...” - Rəşid Mahmudov


Rəşid Mahmudov Azərbaycanda hələ koronavirus olmadığını deyib.
Bu barədə Yeniavaz.com-a açıqlama verən Tibb Universitetinin (ATU) dosenti bildirib ki, buna əmindir: “Həyat yoldaşım infeksionistdir. Onlar Qobustana xəstəxanaya hər gün gedib-gəlirlər. Orada xüsusi paltarlarla gəzirlər. Mən əminliklə deyirəm ki, fevral ayının 28-nə qədər bizdə hələ koronavirus olmayıb. Bu virusun yoluxma ehtimalına qarşı mən artıq açıqlama vermişəm. Hidrogen peroksiddən istifadə edərək viruslardan qorunmaq mümkündür. O bütün virusları məhv edir. Bəsdir bu millətə əziyyət verdilər, yazıqdır. Bəzi insanlar 10 qəpiklik maskanı 2 manat 70 qəpiyə verir a kişi. Bundan sonra daha mən heç nə deməyəcəyəm".

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top