Türkiyədən Suriyadakı hücumla bağlı İLK AÇIQLAMA


Türkiyənin Müdafiə naziri Hulusi Akar Rusiyanın Suriyadakı hadisələrlə bağlı verdiyi son açıqlamanı yalanlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Hulusi Akar Türkiyə hərbçilərinin İdlibdəki hücum edilən yerdə olmaları barədə Rusiyaya əvvəlcədən xəbər verdiklərini bildirib: "Rusiyanın ərazidəki hərbçiləri ilə əlaqədə olmağımıza baxmayaraq hücumu davam etdirdilər. Hətta bölgəyə gələn təcili yardım maşınları belə vurulub". Qeyd edək ki, dünən İdlibə Suriya ordusunun hücumu nəticəsində 33 Türkiyə əsgəri şəhid edilib. Rusiya isə həmin yerdə Türkiyə əsgərinin yerləşməsindən xəbərsiz olduqlarını bildirmişdi.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top