Ermənilər azərbaycanlı jurnalistin yazısını sildirdilər - FOTOFAKT


Xəbər verdiyimiz kimi, ötən gün azərbaycanlı jurnalist Lev Əsgərovun Rusiyanın məşhur "Nezavisimaya qazeta" qəzetinin veb-səhifəsində 1988-ci ildə Sumqayıtda baş verən hadisələrdən bəhs edən yazısı yayımlanıb.
Yeniavaz.com
xəbər verir ki, Lev Əsgərovun "Sumqayıt faciəsi. Necə başlanıb və nə baş verib” (“Сумгаитская трагедия. С чего начиналось и как это было”) başlıqlı məqaləsi Rusiyadakı erməni diasporunun təzyiqi səbəbindən saytdan götürülüb.
Lev Əsgərov bu yazısında müəllif arxiv materiallarına istinadən Sumqayıt hadisələrinin əsl iştirakçılarının ermənilər olduğunu göstərib.
Məlumat üçün bildirək ki, dünən Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan  Rusiya Baş Prokurorluğuna müraciət edərək azərbaycanlı jurnalist  Lev Əsgərovun cəzalandırılmasını tələb edib.
Onu da qeyd edək ki, Əsgərov Lev Mabudoviç  1942-ci il oktyabrın 1-də Bakı yaxınlığındakı Artyom qəsəbəsində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra neft sənayesində fəhləlik edib. Ordu sıralarında hərbi xidmətdə olub (1959-1962). İlk yazıları "Sovetskiy voin" jurnalında və "Za rodinu" qəzetində çıxıb. Ordudan tərxis edilib Kazan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb (1962-1967). "Bakinskiy raboçiy", "Trud" qəzetlərinin xüsusi müxbiri (1967-1973), Krasnovodski vilayət partiya komitəsinin birinci katibinin köməkçisi (1973-1975), Bakı Radio zavodunun "İmpuls" qəzetinin redaktoru, Ümumittifaq müəllifləri hüquq cəmiyyətinin respublika şöbəsinin rəis müavini (1976-1982), Azərbaycan Respublikası kitabsevərlər cəmiyyətinin məsul katibi (1982-1985), Dostluq Cəmiyyətində "Sovet Azərbaycanı" jurnalının baş redaktoru (1987-ci ildən) olub. Rus dilində yazıb-yaradır, hekayə, povest və məqalələri dövri mətbuatda dərc olunub. "Mavi dirəklər" (1973), "Zapiski" (1981), "Xüsusi əlaməti yoxdur" (1986) kitablarında oçerk, hekayə və povestləri toplanıb.

DİGƏR XƏBƏRLƏR

Top