Reuters: Türkiyə suriyalı mühacirlərə Avropanın qapılarını açdı


Türkiyə suriyalı mühacirlərə Avropanın qapılarını açıb.

Bu iddia ilə “Reuters” agentliyi çıxış edib. “Reuters”in yüksək vəzifəli türk məmuruna istinadən xəbərinə görə, Türkiyə suriyalı mühacirlərin istər dəniz, istərsə də quru yolu ilə Avropaya keçməsinə mane olmamaq barədə qərar qəbul edib.

Xəbərdə bildirilir ki, İdlibdən mühacir axını olacağı halda, Türkiyə mühacirlərin Avropaya keçməsinə müdaxilə etməyəcək, həmçinin bu qərar Avropaya gedəcək olan suriyalılarla məhdudlaşmayacaq, digər mühacirlərə də şamil olunacaq. //musavat.com

DİGƏR XƏBƏRLƏR

Top