
Suriya vətəndaşı olan Qaza 4 arvadı və 23 uşağı ilə hazırda Almaniyada yaşayır. “Yeniavaz.az”ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, 2015-ci ildə Suriyanı tərk edərək Almaniyaya yerləşib.
Onun hətta burada daimi qalma haqqı və işi də var. Bununla belə, Qaza yerli hakimiyyətdən müxtəlif müavinətlər qismində təqribən 30 min avro alır.
Suriyalını narahat edən yeganə məsələ mütəmadi yollarda olmasıdır, çünki arvadları uşaqları ilə birlikdə müxtəlif şəhərlərdə yaşayırlar. Hazırda Qaza vaxtının çox hissəsini Montabur şəhərində keçirir, belə ki, onun əsas xanımı Tuasif burada məskunlaşıb.
Yerli jurnalistlər Qazanın ailəsinə rahatlıq vermir, onlar suriyalı ailəni və o yerli hakimiyyəti tənqid edirlər. Jurnalistlər qeyd edirlər ki, Almaniyada ən “çirkli” işə görə orta hesabla məvacib 2461 avro təşkil edir. Yəni suriiyalı qaçqın ailəsi ilə birlikdə büdcədən 12 işçinin payını yeyir, fərq ondadır ki, Qaza heç bir yerdə işləmir və yalnız müavinət hesabına dolanır
Bununla belə, o, almanlara kin bəsləmir və bəyan edir ki, müharibə qurtaran kimi Suriyaya qayıdacaq.
Tətbiqimizi yükləyə bilərsiniz