![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2020/2/3/1/950a6b3b-a6c2-4d1e-a67b-57cbb3fcc19f/koronavirus-cin-xeste.jpg)
Çinin Quanqdonq əyalətində COVİD-19-a yoluxan 14 nəfər yenidən eyni virusa yoluxub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Quanqdonqda həkimlər insanların koronavirusa təkrar yoluxma səbəbinin məlum olmadığını deyib. Qeyd edək ki, Çinin Quanqdonq əyalətində indiyə qədər 1347 nəfər virusa yoluxub, bunlardan 844-ü sağalıb, 8 nəfəri isə həyatını itirib.
Lalə Cəfərli