Güclü külək Yevlaxda və Tərtərdə fəsadlar törədib - FOTOLAR


Səhər saatlarından başlayan güclü külək bölgələrdə bir sıra fəsadlar törədib.
Yeniavaz.com xəbər verir ki, Yevlaxda və Tərtərdə əsən güclü külək zamanı elektirik verlişində fasilələr yaranmaqla yanaşı kənd sakinlərinin evlərinə də ciddi ziyan dəyib.Yevlax rayonunun Malbinəsi kənd sakini Yavər Alıyevin evinin dam örtüyü uçub. Sakinə 3 min manat məbləğində maddi ziyan dəyib. Kənddə külək elektirik xətlərini sıradan çıxarıb. Rayon ərazisində külək iri gövdəli ağacları da kökündən çıxarıb.Güclü külək nəticəsində Tərtər rayonun bir çox məktəblərinin dam örtükləri üçüb. Hal-hazırda aran bölgəsində güclü külək əsməkdə davam edir.


Esmira Hidayətova,Yevlax, Tərtər
 

DİGƏR XƏBƏRLƏR

Top