Mingəçevirdə Xocalı qurbanları anılıb


Mingəçevir Şəhidlər xiyabanında Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə anım mərasimi təşkil edilib.
Yeniavaz.com xəbər verir ki, anım mərasiminə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, Mingəçevirdə məskunlaşmış xocalı sakinləri gəlmişdilər. Anım tədbirinə gələnlər Xocalı soyqırım faciəsinin qurbanlarına ehtiramlarını bildiriblər. Mingəçevir Dövlət Dram teatrının foyesində şəhərin ümumtəhsil məktəblərinin Xocalıya həsr olunmuş rəsm sərgisinə baxış keçirilib. Daha sonra "Xoca" filmi nümayiş olunub.
Esmira Hidayətova, Mingəçevir
 
 

DİGƏR XƏBƏRLƏR

Top