Tibb Universitetinin tələbəsi intihar etdi, meyiti tapılmır


Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı Bulvarında dəhşətli hadisə baş verib.

Belə ki, Sabirabad rayon sakini, 1994-cü il təvəllüdlü Günel Rzayeva özünü Dəniz Vağzalının yaxınlığında Xəzər Dənizinə ataraq intihar edib. Daha sonra onu xilas etmək istəyən həmyerlisi və sevgilisi, 1995-ci il təvəllüdlü Balahüseyn Məmmədov da özünü dənizə tullayıb. B.Məmmədov Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları tərəfindən xilas edilib.
Yeniavaz.com Report-a istinadən xəbər verir ki, Dənizkənarı Milli Park ərazisində dənizdə intihar edən Günel Rzayeva Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsidir.
1994-cü il təvəllüdlü G.Rzayeva 2017-ci ildə 667 balla Tibb Universitetinə qəbul olub.
Hazırda onun meyiti axtarılır.

DİGƏR XƏBƏRLƏR

Top