MSK Tahir Mirkişilinin lider olduğu dairədə bu məntəqələrin nəticəsini LƏĞV ETDİ


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar  42 saylı Sumqayıt İkinci Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Elşad İsrafilovun və digərlərinin müraciətinə baxılıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

T. Həsənov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 7 və 32 saylı seçki məntəqələrində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.  

MSK müraciəti qismən təmin edib və 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi üzrə 7 və 32 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib.

Qeyd edək ki, bu dairə üzrə lider namizəd Tahir Mirkişilidir.
MSK-da həmçinin, 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Şaiq Piriyevin müraciətinə baxılıb. BAparılan araşdırma zamanı 36 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb. MSK 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi üzrə 36 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib.

DİGƏR XƏBƏRLƏR

Top