Məzahir Pənahov: “Bu məntəqə seçki komissiyaları cəzalandırılmalıdır”


“Bülletenləri korlayan məntəqə seçki komissiyaları cəzalandırılmalıdır”.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsinin 14 saylı seçki məntəqəsində 35 bülletenin korlanmasına münasibət bildirərkən söyləyib.
MSK sədri deyib ki, 35 bülletenin korlanması məntəqədə seçkinin nəticələrinə təsir etməsə də, məntəqə seçki komissiyaları bütün hallarda məsuliyyətli olmalıdır: “Ona görə də bülletenləri korlayan məntəqə seçki komissiyaları cəzalandırılmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top