İranda İcra başçısı koronavirusa yoluxdu - İclas təxirə salındı


Tehranın 13-cü rayonunun icra başçısı Murtaza Rəhmanzadə koronavirusa yoluxub.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, o, ötən gecə koronavirus əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Analizlərinin nəticələri M. Rəhmanzadənin koronavirusa yoluxduğunu təsdiqləyib, analizlərin son nəticəsi yaxın saatlarda açıqlanacaq.
Digər tərəfdən Tehran Şəhər Şurasının sədri Möhsün Haşimi Rəfsəncani və şuranın digər üzvləri onunla təmasda olduğu üçün koronavirusa görə analiz veriblər.
Hadisə ilə əlaqədar Tehran Şəhər Şurasının iclasları təxirə salınıb.
Qeyd edək ki, İranda koronavirus sürətlə yayılmaqdadır. Ölkənin müxtəlif şəhərlərində insanlar infeksiyaya qarşı tədbirlər görür. Apteklərdə maska çatışmazlığı yaranıb. Bu gün Tehranda maska və infeksiyaya qarşı spirt paylanılacaq.

DİGƏR XƏBƏRLƏR

Top