Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili İşlər Orqanlarında növbəti kadr təyinatı olub.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis mayoru Mahir Məhərrəmov Beyləqan Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyinat alıb. 

O, bundan əvvəl Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top