Daha bir dairə üzrə şikayət DSK-ya göndərildi - YENİLƏNİB


MSK-nın iclasında 51 saylı Qusar seçki dairəsindən deputatlığa namizədlər Elçin Abbasov və digərlərinin müraciətinə baxılıb.

Müraciətlər araşdırılması üçün DSK-ya göndərilib.

***16:21
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 37 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən quruma daxil olan müraciətə baxılıb.

Müraciət araşdırılması üçün DSK-ya göndərilib.

***16:10
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

DİGƏR XƏBƏRLƏR

Top