
2019-cu il ərzində ölkədə 192 min 17 yeni iş yerləri açılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, yeni iş yerlərinin yarıdan çoxu - 55,5 %-i və ya 106 min 557 manat Bakı şəhərinin payına düşüb.
Maraqlıdır ki, bir il əvvəl - 2018-ci ildə yeni iş yerlərinin yalnız 26%-i Bakı şəhərinin payına düşüb.
2018-ci ildə açılan yeni iş yerlərinin 74%-i regionların payına düşdüyü halda, ötən il bu göstərici 44,5%-ə qədər azalıb.
Son 2 ildə Bakıda və regionlarda açılan iş yerlərinin sayı belə olub:
2018-ci il | 2019-cu il | |
CƏMİ | 238 min 947 | 192 min 17 |
Bakı şəhəri | 62 min 215 | 106 min 557 |
Abşeron iqtisadi rayonu | 11 min 749 | 6 min 945 |
Gəncə-Qazax iqtisadi rayonu |
18 min 296 | 13 min 171 |
Şəki-Zaqatala iqtisadi rayonu |
7 min 160 | 6 min 411 |
Lənkəran iqtisadi rayonu |
21 min 232 | 11 min 395 |
Quba-Xaçmaz iqtisadi rayonu |
6 min 441 | 3 min 963 |
Aran iqtisadi rayonu |
92 min 911 | 31 min 265 |
Yuxarı Qarabağ iqtisadi rayonu |
10 min 515 | 4 min 291 |
Kəlbəcər-Laçın iqtisadi rayonu |
538 | 124 |
Dağlıq Şirvan iqtisadi rayonu |
5 min 63 | 4 min 675 |
Naxçıvan Muxtar Respublikası |
2 min 827 | 3 min 220 |
A. Cəfərov