Bakıda xəstəxanada meyitdən oğurluq etdilər


Bakıda 3 saylı şəhər klinik xəstəxanasında ölən şəxsin cibindən oğurluq edilib.

Yeniavaz.com-un “Bakupost”a istinadən məlumatına görə, şəkəri qalxdığı üçün dünyasını dəyişən 1956-cı il təvəllüdlü Vaqif Ağayevin cibindən 560 manat pul götürülüb.

Mərhumun ailəsi polisə şikayət edib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top