Rusiyada muzeyin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səhvi aradan qaldırılıb - FOTO


Bir sıra xəbər saytlarında Rusiyanın Tula Dövlət Silah muzeyində Azərbaycanın təhrif edilmiş xəritəsinin yerləşdirildiyi ilə bağlı məlumat yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, səfirliyin məsələyə müdaxiləsindən və muzey rəhbərliyinə ölkəmizin ərazi bütövlüyünün pozulmasının qəbuledilməzliyinin izah edilməsindən dərhal sonra qarşı tərəf buraxılmış səhvi operativ şəkildə aradan qaldırıb və bu barədə səfirliyə məlumat verib.

DİGƏR XƏBƏRLƏR

Top