Gəncədə ağır yol qəzası baş verib: Ölən və yaralananlar var


Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə Gəncə İdman Kompleksinin qarşısında qeydə alınıb.
İlkin məlumata görə, "Mercedes" markalı minik avtomobilinin hasara çırpılıb və nəticədə Hüseynov Ramin Famil oğlu ölüb.
Qəza zamanı xəsarət alanlardan birinin şəxsiyyəti müəyyənləşib. O, Həsənov Səbuhi Akif oğludur. 
Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top