
Xəbər verdiyimiz kimi, 2019-cu ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilə nisbətən 16,6% artaraq 634,8 manat təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, əməkhaqqı neft-qaz sektorunda 3 min 108,4 manat, qeyri neft-qaz sektorunda 579,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 531,2 manat, özəl müəssisələrdə isə 766,9 manat olub.
Azərbaycanda ən yüksək əmək haqqı mədənçıxarma sənayesində verilir. Bu sahədə çalışanların orta aylıq nominal əməkhaqqı 3 min 48 manat olub.
Ən aşağı əməkhaqqı isə əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində qeydə alınıb. Bu sahədə çalışanların orta aylıq nominal əməkhaqqı 352,4 manat olub.
Ayrı-ayrı sahələr üzrə orta aylıq əməkhaqqı aşağıdakı kimi olub:
İqtisadi fəaliyyət növləri | CƏMİ | Dövlət | Qeyri-dövlət |
Ölkə üzrə – cəmi | 634,8 | 531,2 | 766,9 |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq | 370,9 | 323,9 | 420,3 |
Mədənçıxarma sənayesi | 3 048,0 | 1 484,3 | 4 008,6 |
Emal sənayesi | 631,4 | 743,1 | 610,5 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı | 638,5 | 638,0 | 659,1 |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı | 468,8 | 428,8 | 852,4 |
Tikinti | 737,2 | 619,6 | 784,7 |
Ticarət; nəqliyyat vasitələrinin təmiri | 480,3 | 466,3 | 480,4 |
Nəqliyyat və anbar təsərrüfatı | 853,5 | 853,2 | 854,0 |
Turistlərin yerləşdirilməsi və ictimai iaşə | 569,5 | 869,9 | 559,0 |
İnformasiya və rabitə | 995,6 | 722,0 | 1 343,3 |
Maliyyə və sığorta fəaliyyəti | 1 630,9 | 1 679,7 | 1 619,3 |
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar | 552,2 | 483,8 | 605,1 |
Peşə, elmi və texniki fəaliyyət | 1 173,0 | 570,5 | 2 042,5 |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi | 387,2 | 332,4 | 540,0 |
Dövlət idarəetməsi və müdafiə; sosial təminat | 799,9 | 831,5 | 261,2 |
Təhsil | 439,0 | 431,7 | 667,7 |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi | 352,4 | 345,4 | 402,5 |
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət | 423,7 | 372,1 | 1 020,3 |
Digər sahələrdə xidmətlərin göstərilməsi | 631,8 | 806,5 | 610,6 |