Putin erməniyə yüksək vəzifə verdi - FOTO


Rusiya Prezidenti Vladimir Putin bu ölkənin Venesuelada fövqəladə və səlahiyyətli səfir təyin edilməsi haqqında sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, Vladimir Putinin fərmanına əsasən Sergey Məlik-Bağdasarov Venesuelada Rusiyanın yeni səfiri olub.
Rusiya prezidentinin başqa bir sərəncamına əsasən Vladimir Zaemski Rusiyanın Venesueladakı səfiri vəzifəsindən azad edilib.
Qeyd edək ki, Sergey Məlik-Bağdasarov 1968-ci ildə Moskvada anadan olub. Erməni əsilli diplomat əvvəllər Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top