"Sədərək"dəki yanğına görə bu avtobuslar gecikir


Səhər saatlarında “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın səbəbindən bir neçə marşrut avtobusunun fəaliyyətində çətinlik yaranıb. 

Yeniavaz.com xəbər verir ki, BNA-dan verilən məlumata görə, yanğın nəticəsində 117, 120, 126, 130, 164, 174, 176, 194, 206 və 211 nömrəli müntəzəm marşrutların fəaliyyətində çətinliklər olub.

Məsələ ilə bağlı daşıyıcılarla əlaqə saxlanılıb və alternativ yollardan istifadə etməklə marşrutların fasiləsiz fəaliyyətinin təmin olunması tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top