FHN: "Sədərək"də 900-1000 kv/m ərazi yanıb" - VİDEO - YENİLƏNİB


Xəbərə video əlavə olunub.



***       10:36
“Sədərək Ticarət Mərkəzinin yanan sahəsi təqribən 900-1000 kv/m-dir”. 
Yeniavaz.com
xəbər verir ki, bunu Dövlət Yanğından Mühafizə İdarəsinin Qərargah rəisi Əkbər Novruz jurnalistlərə açıqlamasında deyib.
Qeyd edib ki, yanğın barədə məlumat saat 07:39-da daxil olub: "Dərhal ərazi üzrə Qaradağ rayon Yanğından mühafizə idarəsinin əməkdaşları yanğın yerinə cəlb olunub. İkinci dərəcəli yanğın elan olunub. Yanğın bir saata yaxın davam edib. Hadisə yerinə 23 texnika və 125 canlı qüvvə yanğının söndürülməsinə cəlb olunub. Yanğının ərazisi 900-1000 kv metr ərazisini əhatə edir. Yanğın tam söndürülüb. Soyutma işləri aparılır. Yanğının səbəbi məlum deyil. Hazırda araşdırma aparılır".




İlhamə Kələyeva

 

DİGƏR XƏBƏRLƏR

Top