Bakıda koronavirus şübhəsi ilə xüsusi müəssisədə saxlanılan şəxslə bağlı YENİ XƏBƏR


Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə açıqlama yayıb. 

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində olan tələbə dünən evinə buraxılıb.

Onların səhhətində hər hansı problem aşkarlanmayıb.

"Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalan 1 nəfər karantin müddəti bitdiyindən gün ərzində evinə buraxılacaq. Onun vəziyyəti normaldır və heç bir şikayəti yoxdur", - məlumatda bildirilib. 

DİGƏR XƏBƏRLƏR

Top