Paşinyan əsgər ölümlərinə görə generalları topladı


Baş naziri Nikol Paşinyan Ermənistan ordusunda ölüm hallarının artması ilə bağlı toplantı keçirib.

İclasda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Müdafiə naziri David Tonoyan, Milli Təhlükəsizlik Xidməti direktorunun səlahiyyətlərini icra edən Eduard Martirosyan, Baş Qərargah rəisi Artak Davtyan, Baş prokuror Artur Davtyan, İstintaq Komitəsinin sədri Hayk Qriqoryan, eləcə də silahlı qüvvələrin və hüquq-mühafizə orqanlarının digər yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Silahlı qüvvələrdə son zamanlar baş verən ölüm halları və onların səbəbləri ətraflı müzakirə edilib.

"Baş nazir Paşinyan Silahlı Qüvvələrdəki cinayət hallarının qarşısının alınmasını və nizam-intizamla əlaqəli məsələlərin həllini prioritet məsələ kimi qeyd etdi, nizam-intizamın səviyyəsini əhəmiyyətli dərəcədə artırmaq üçün ardıcıl tədbirlərin görülməsini vurğuladı və məsul şəxslərə müvafiq tapşırıqlarını verdi",-deyə məlumatda vurğulanıb.//virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top