Xəbər verdiyimiz kimi, bu gün REAL sədri İlqar Məmmədovun evindən çıxarkən saxlanılmasını əks etdirən görüntülər yayılıb.
Partiya rəhbərinin saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Yeniavaz.com-a bildirdi ki, saxlanılan yoxdur: "Polis idarə və bölmələrinə heç kəs gətirilməyib. Ola bilsin ki, profilaktik tədbir kimi, kimlərsə ərazidən uzaqlaşdırılıblar. İctimai asayışı polis qoruyur, onlar polis tərəfindən ərazidən uzaqlaşdırılıblar. Amma bu o anlama gəlmir ki, onlar saxlanılıb. Belə bir hal varsa, deməli onları ərazidən uzaqlaşdırıblar".
DİN rəsmisi bildirdi ki, İlqar Məmmədovdan başqa 2-3 nəfər də ərazidən uzaqlaşdırılıblar.
"İlqar Məmmədov hal-hazırda haradadır?" sualına isə DİN sözcüsü belə cavab verdi: “Özü bilər haradadır. Onlar polis idarəsinə gətirilməyiblər”.