
"Bu gün Azərbaycan turizm üçün cəlbedici ölkədir. Buna onun iki böyük mədəniyyətin - Avropa və Asiyanın qovşağında yerləşməsi şərait yaradır".Bu sözləri Qazaxıstanın Aktau şəhərində respublikamızın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycanın baş konsulu Elxan Zeynalov deyib. O qeyd edib ki, bu gün Qazaxıstan vətəndaşları tərəfindən Azərbaycanın turizm yerlərinə səfər etmək meyilləri artmaqdadır. Baş konsulun sözlərinə görə, onlar üçün Naftalan və Duzdağ kimi müalicəvi kurort yerləri daha cəlbedicidir.
Tətbiqimizi yükləyə bilərsiniz