Namizədlər MSK qarşısında: “Əlimizdə faktlar var, amma bizim şikayətlərimizə baxılmır” - VİDEO


9 saylı Binəqədi ikinci və 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş şəxslər Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında etiraz edirlər.
Yeniavaz.com
“Meydan TV”-ə istinadla xəbər verir ki, namizədlər fevralın 11-dən etibarən seçkilər zamanı baş vermiş qanun pozuntularını əks etdirən görüntüləri MSK-ya təqdim etsələr də, MSK onların şikayətlərinə baxmaqdan imtina edir.
Xatırladaq ki, MSK-nın açıqladığı ilkin nəticələrə görə 9 saylı Binəqədi ikinci seçki dairəsində lider namizəd Kəmaləddin Qafarov, 34 saylı Xətai ikinci seçki dairəsində isə Mixail Zabelindir.

DİGƏR XƏBƏRLƏR

Top