MSK bu gün toplanır - Bu şəxslərin də nəticələri ləğv edilə bilər - SİYAHI

Bu gün saat 14:00-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

Yeniavaz.com xəbər verir ki, iclasda Milli Məclisə seçkilərlə əlaqədar dairələr üzrə daxil olan müraciətlərə baxılacaq. Onlardan biri də 29 saylı Səbail Seçki Dairəsidir. Bunu həmin dairədən deputatlığa namizədliyi qeydə alınmış Bəxtiyar Hacıyev  bildirib. MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə isə, 29 saylı Səbail Seçki Dairəsinin lider namizədi Nigar Arpadaraidir.  

Unikal.org saytı isə iclasda digər 10 seçki dairəsindən daxil olan müraciətlərə baxılacağını yazıb. Bildirilib ki, 15 saylı Yasamal Birinci, 28 saylı Səbail Üçüncü, 42 saylı Sumqayıt İkinci, 60 saylı Salyan-Neftçala, 72 saylı Yardımlı-Masallı, 79 saylı İmişli, 81 saylı Beyləqan, 95 saylı Tərtər, 91 saylı Ucar, 125 saylı Zəngilan-Qubadlı Seçki dairələrindən daxil olan şikayətlərə baxılacaq. Həmin dairələrdə lider namizədlər Ülvi Quliyev, Eldar Quliyev, Tahir Mirkişili, Fəzail Ağamalı, Musa Qasımlı, Razi Nurullayev, Şahin İsmayılov, Sahib Alıyev, Ramil Həsən və İmamverdi İsmayılovdur.  

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd, 80 saylı İmişli-Beyləqan Seçki Dairələrinin nəticələri etibarsız sayılıb

DİGƏR XƏBƏRLƏR

Top