Azərbaycanda sürücülər ən çox bu qaydaları pozurlar - SİYAHI


2019-cu ildə ölkənin avtomobil yollarında 1 870 və ya 2018-ci illə müqayisədə 2,9% çox yol-nəqliyyat hadisəsi baş verib və bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,7% artaraq 2 min 523 nəfər olub.
Yeniavaz.com
açqılanan rəsmi məlumatlara istinadən bildirir ki, onlardan 821-i həlak olub, 1 702-si isə yaralanıb. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,6%-ini, yaralananların isə 72,9%-ini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 30 hadisə baş verib, nəticədə 18 nəfər həlak olub, 21 nəfər yaralanıb.
İl ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanan inzibati xətaların sayı 3 milyom 999,1 min olub. Xətaların 39,9%-i yolda müəyyən edilən hərəkət sürəti həddinin aşılması, 22,1%-i dayanma və ya durma qaydalarının pozulması, 10,3%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,3%-i svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,6%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,5%-i icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

DİGƏR XƏBƏRLƏR

Top