Helikopter qəzasında dünyasını dəyişən Brayant və qızının cənazə mərasimi gizli keçirilib


Bu ilin 26 yanvar tarixində helikopter qəzasında dünyasını dəyişən əfsanəvi basketbolçu Kobe Brayant və 13 yaşlı qızı Ciannanın cənazə mərasimi gizli keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu haqda “The Los Angeles Times” nəşri məlumat verib. ABŞ mətbuatında Brayantlara 80 min nəfərin iştirakı ilə cənazə mərasimi keçiriləcəyi bildirilsə də bu baş tutmayıb. Hadisədən uzun müddət keçməsinə baxmayaraq Kobe Brayant və qızı üçün cənazə mərasiminin keçirilməməsi bütün Brayant fanatlarını təəccübləndirib. Los-Anceles polisinin qeydlərinə görə onlar 7 fevral ailə üzvlərinin iştirakı ilə dəfn ediliblər. Dəhşətli qəzada dünyasını dəyişən NBA əfsanəsi Kobe Brayant və qızı Cianna üçün 24 fevral “Staples” idman mərkəzində rəsmi vida mərasimi keçiriləcək.
Qeyd edək ki, bu yaxınlarda dünyanın ən hündür binası Bürc-Xəlifənin mərtəbələrində Kobe və qızının şəkilləri əks olunub.

Şəbnəm Zahir

DİGƏR XƏBƏRLƏR

Top