Çin koronavirusla, Afrika isə bu canlı ilə üz-üzə - 13 milyon insan...


Birləşmiş Millətlər Təşkilatı (BMT) bəzi Afrika ölkələrində çəyirtkələrin sürətlə yayılmasından narahat olduqlarını dilə gətirib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Keniya, Efiopiya və Somali son 25 ilin ən təhlükəli çəyirtkə istilası ilə üz-üzə qalıb. BMT-nin verdiyi açıqlamaya görə, çəyirtkə səbəbilə 13 milyon insanın qida məhsulları təhlükə altındadır. Bəhs edilən canlılarla mübarizə aparmaq üçün isə 76 milyon dollar vəsaitin lazım olduğu bildirilib. Çəyirtkələrin artımına əsas səbəb iqlim dəyişikliyi göstərilib. Mütəxəssislər bildirib ki, əgər bu həşəratlara qarşı vaxtında hər hansı tədbir görülməsə insanlar sürətlə çəyirtkə vəbası adlı xəstəliyi yoluxa bilərlər.
Qeyd edək ki, bir kvadrat kilometr ərazidə yerləşən 40-80 milyon çəyirtkə sadəcə bir gün ərzində 35 min nəfərə çatacaq qədər qidanı məhv edə bilirlər.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top