İlqar Məmmədov Erkin Qədirlinin qələbəsindən danışdı


REAL Partiyasının sədri İlqar Məmmədov Erkin Qədirlinin qələbə qazanmasına münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, o, partiya üzvünün halal qələbə qazandığını qeyd edib:

"Real Cümhuriyyətçilər İttifaqında Erkin Qədirli də, başqaları da halal qələbə qazanıblar. Erkin Qədirlidən başqa, digər halal qələbə qazananların haqqı tapdalanıb, oğurlanıb. Bu vəziyyətə ayrıca qiymət verəcəyik. Erkin Qədirli seçkini düzgün udub. Belə şəraitdə tək Erkin Qədirlinin haqqının tanınması, digərlərinin tapdalanması məqbul deyil. Biz bunlara uyğun çözüm tapmalıyıq". 

İ.Məmmədov bildirib ki, Erkin Qədirli mandatdan imtina edib-etməməsiylə bağlı qərarı özü verəcək: "Bunun bağlı Erkin Qədirli özü qərar verəcək. Mən onun qərarını deyə bilmərəm, şəxsi qərarı olacaq.. Biz Real Cümhuriyyətçilər İttifaqı olaraq müzakirə aparacağıq, ola bilər bizim onunla qərarlarımız üst-üstə düşə də bilər, düşməyə də".

DİGƏR XƏBƏRLƏR

Top