Bu seçki dairəsinin deputatlığa namizədinin vəkili dünyasını dəyişdi - RƏSMİ


Baş Prokurorluq deputatlığa namizədin ölüm faktı ilə bağlı xəbər yayıb.

Baş Prokurorluqdan bildirilib ki, fevralın 9-da saat 23.00 radələrində 61 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Xəqani Abdullayevin vəkili, 1959-cu il təvəllüdlü Mahir Hüseynovun yaşadığı evin pilləkən qəfəsində qəflətən vəfat etməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yeri və meyitə prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçirilib.  

Mahir Hüseynovun meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkarlanmayıb. (APA)

DİGƏR XƏBƏRLƏR

Top