Çayın təbii olub-olmadığını necə bilmək olar? - Ən sadə üsul

Kənd təsərrüfatı üzrə mütəxəssis Osman Baykal saxta çayı aşkarlamağın ən səmərəli yolunu açıqlayıb.

Ekspert təbii çayın soyuq su ilə təmas etdikdə dərhal rəng vermədiyini bildirib.

Onun sözlərinə görə soyuq suyun içərisinə bir miqdar quru çay atdıqda su dərhal qırmızı rəngə boyanırsa, bu həmin çayın insan sağlamlığı üçün təhlükəli olduğunu göstərir.

O qeyd edib ki, bəzi firmalar çayı daha keyfiyyətli göstərmək üçün ona qida boyası əlavə edir. Ancaq ən təhlükəlisi çayda istifadə edilən kimyəvi maddələrdir. Bu cür saxta çaylar insanın səhhətinə ciddi ziyan vurur. (yenisabah)

DİGƏR XƏBƏRLƏR

Top