MSK 9 nəfərin namizədliyini bərpa edib, iki nəfərin namizədliyi ləğv olunub

Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərin 25-i namizədliyin qeydə alınması ilə bağlı olub.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M. Pənahov bildirib ki, bu dövrdə 25 nəfərdən 9-nun namizədliyi MSK tərəfindən bərpa edilib, iki nəfərin namizədliyi ikili vətəndaşlığı olduğuna görə ləğv edilib.

Ağır cinayətlərə görə məhkum edilmiş və məhkumluğu ödənməmiş şəxslərdən 5 nəfərin namizədliyinin qeydə alınması qanunvericiliyə görə mümkün olmayıb. 13 nəfərin namizədliyi isə əmlakla bağlı məlumatları səhv olduğuna görə qeydə alınmayıb.

DİGƏR XƏBƏRLƏR

Top