İçərişəhərdəki partlayışda xəsarət alanların adları BƏLLİ OLDU

Ötən gün İçərişəhərdə İlyas Əfəndiyev küçəsi, 10 ünvanında saat 17:10 radələrində baş vermiş partlayış nəticəsində xəsarət alanların şəxsiyyətləri bəlli olub.

Yeniavaz.com xəbər verir ki, onlar - Vaqif İsmayılov və ailə üzvləri - 2005-ci il təvəllüdlü R.İsmayılov, 2002-ci il təvəllüdlü  F.Məmmədov, 1970-ci il təvəllüdlü Səidə Alik qızı Ağayevadır. Xəsarət alanlar yanıq xəsarətləri ilə 5 saylı xəstəxanaya yerləşdiriliblər və onların vəziyyətləri qənaətbəxşdir.

Partlayışda xəsarət alan 1972-ci il təvəllüdlü Ceyhun Vaqif oğlu İsmayılova, 1982-ci il təvəllüdlü Gövhər Vaqif qızı İsmayılova və 1947-ci il təvəllüdlü Hökümə Ağamalı qızı İsmayılovaya isə hadisə yerində ötən gün tibbi yardım göstərilmişdi.

Qeyd edək ki, partlayış İ.Əfəndiyev küçəsi 10-da yaşayan 1942-ci il təvəllüdlü Vaqif İsmayıl oğlu İsmayılova məxsus sahəsi 112 kv. metr olan ikimərtəbəli evdə qaz sızması səbəbindəm baş verib.

DİGƏR XƏBƏRLƏR

Top