Bakıda itkin düşən 16 yaşlı qız tapıldı

Bakıda itkin düşən qız tapılıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, fevralın 5-də saat 15:30 radələrində Xəzər rayon sakini, 2004-cü il təvəllüdlü Zeynəb Quliyeva evdən çıxıb, bir daha geri qayıtmayıb.

Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi axtarış nəticəsində Z. Quliyeva fevralın 7-də tapılaraq ailəsinə təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top