​İçərişəhərdə baş verən partlayışla bağlı iki rəsmi açıqlama


Bakı şəhəri, Səbail rayonu ərazisində, İçərişəhərdə baş verən partlayışla bağlı "Azəriqaz" İstehsalat Birliyinin mütəxəssisləri də həmin məkana baxış keçirib.

Məlumatda bildirilir ki, ilkin qənaətə görə, hadisəyə mənzildaxili qaz sızması səbəb olub. Həmin yerin yaxınlığından keçən yeraltı qaz xətti də ciddi şəkildə yoxlanılıb. Nəticə etibarı ilə bu kəmərdə hər hansı qaz sızması aşkarlanmayıb. 
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İ.Əfəndiyev küçəsi, 10 ünvanında baş vermiş partlayışa dair məlumat yayıb:

“Bu gün axşam saatlarında İçərişəhər, İ.Əfəndiyev küçəsi, 10 ünvanında qaz sızması nəticəsində partlayış baş verib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov və digər məhsul şəxsləri dərhal hadisə yerinə gəlib hadisənin başvermə səbəbləri və xəsarət alanların hazırkı vəziyyəti ilə tanış olublar. Baş vermiş hadisə nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər hazırda İdarə tərəfindən müvəqqəti yaşayış yerləri ilə təmin olunur.

Hazırda bütün proseslər nəzarət altında saxlanılır, müvafiq hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür. Hadisə nəticəsində insan tələfatı yoxdur, xəsarət alanlardan 2 nəfərinin vəziyyəti yüngül olduğundan ilkin yardım göstərildikdən sonra onlar evə buraxılıblar. Digər xəsarət alanların həyatlarına hal-hazırda təhlükə yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top