
Rusiyada “Bell 407” helikopterin düşməsi nəticəsində Dövlət Dumasının deputatı Ayrat Xayrullin dünyasını dəyişib.
Yeniavaz.com "ria.ru"-ya istinadla xəbər verir ki, hadisə Kazanda baş verib.
Göyərtədə Xayrullinlə yanaşı, onun köməkçisi və pilot olub. Onlar qəzadan ağır yaralı olaraq xilas olsa da hadisə səbəbilə Ayrat Xayrullin dünyasını dəyişib.