Oqtay Gülalıyevin səhhəti ilə bağlı yeni xəbər - VİDEO

 Bu barədə oğlu Təbriz Gülalıyev məlumat verib.

“Atamın səhhətində müsbət dinamika davam edir. Sonuncu əməliyyatdan sonra oyanıqlığı artıb. Belə ki, tez-tez gözlərini açır və arada əllərini, ayaqlarını tərpədir. İrəliləyişlərin göstəricisinə əsasən, xüsusi qurğu vasitəsi ilə ayağa qaldırılır. Qaldırıldığı zaman gözlərini açır və səhhəti pisləşmir. Az da olsa yardımçı vasitə ilə öz ayaqları üzərində dura bilir”

Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir. Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir.

DİGƏR XƏBƏRLƏR

Top