Koronavirus bu heyvana görə yayılıb


Koronavirus epidemiyasının ortaya çıxması ilə bağlı yeni məlumat yayılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Çin Aqrar Universitetinin mütəxəssisləri koronavirusun ortaya çıxma səbəbi ilə bağlı yeni açıqlama verib:
“Çinin Uhan şəhərində ölümlərin başladığı ilk günlərdə virusun yarasa, ilan və meymundan insanlara yoluxduğu düşünülüb. Ancaq həmin şəhərdə yerləşən, epidemiyanın yayılmağa başladığı canlı heyvan bazarında panqolinlər də satılıb. Aparılan araşdırmalar nəticəsində koronavirusun panqolin adlı məməli heyvandan ortaya çıxdığı müəyyən olunub. Son tapıntılar xəstəliyin qarşısının alınması üçün çox böyük önəmə malikdir”.
Qeyd edək ki, Panqolin  əsasən Uzaq Şərqdə görülən pulcuqlu bir məməlidir. Əsasən gecə görünən bu heyvanlar gündüz qazdıqları çuxurlarda, ağac və qaya boşluqlarında gizlənirlər. Panqolinə "canlı şam konusları" da deyilir. Panangolinin başı, quyruğu və ayaqları iri qəhvərəngi pulcuqlarla örtülüb. Nəsli tükənməkdə olduğu bildirilən panqolinlər keçən il qeyri-qanuni yolla 100 mindən çox olmaqla kütləvi şəkildə ovlanılıb.
Firəngiz Quliyeva

DİGƏR XƏBƏRLƏR

Top