Elazığ da baş verən zəlzələ ilə bağlı yeni görüntülər ortaya çıxdı - VIDEO


Türkiyənin Elazığ vilayətində meydana gələn 6.8 ballıq zəlzələnin şiddətini əks etdirən yeni görüntülər yayılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyənin Elazığ şəhərində yanvar ayının 24-də baş verən 6.8 ballıq zəlzələnin şiddətini əks etdirən yeni video görüntülər meydana çıxıb. Zəlzələnin şiddəti Fırat Universitetinin Tibb fakültəsinin təhlükəsizlik kameralarında qeydə alınıb.
Video görüntüdə xəstəxana qapılarının öz-özünə bağlandığı, təcili tibbi yardım avtomobilinin silkələndiyi, insanların təlaşla qaçdıqları əks olunub.
Qeyd edək ki, 6.8 ballıq zəlzələ nəticəsində Elazığ və Malatyada 41 nəfər ölüb, çox sayda insan yaralanıb.

Firəngiz Quliyeva

DİGƏR XƏBƏRLƏR

Top