
ABŞ prezidenti Donald Tramp məruz qaldığı ittihamlarla bağlı danışıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Trampa qarşı irəli sürülən vəzifədən sui-istifadə və Konqresin işinə müdaxilə ittihamları Senatda aparılan səsvermədə Trampın xeyrinə yekunlaşıb.
Məsələ ilə bağlı danışan ABŞ prezidenti saxtakar, korlanmış insanlar tərəfindən çətin sınaqlara məruz qaldığını deyib: “Bizi yox etmək üçün mümkün olan hər şeyə əl atdılar və bunları edərkən millətimizə də çox zərər verdilər".
Vətəndaşlara səslənərək ona qarşı irəli sürülən qorxunc iddiaları unutmalarını istəyən Tramp, ABŞ-ın Respublikaçılar Partiyasının verdiyi dəstəyə görə təşəkkürlərini bildirib.
Lalə Cəfərli