Çinli tibb işçisindən qorxulu statistika: "Hər gün 100 cəsəd yandırılır"


Çinin Uhan şəhərində dekabr ayında başlayan və qısa vaxt ərzində qlobal təşvişə səbəb olan koronavirus ilə bağlı yeni iddialar ortaya atılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Çinin Milli Səhiyyə Agentliyinin verdiyi məlumata görə, koronavirus epidemiyasına yoluxanların sayı 31 min 161 nəfərə, ölənlərin sayı isə 638 nəfərə çatıb. Uhan şəhərində yerləşən krimatoriyalarda (cəsədlərin yandırıldığı yer) çalışan tibb işçisi, Bay Yun adlı şəxs cəsədlərin yandırılması ilə bağlı açıqlama verib: "Krimatoriyalar 28 dekabrdan etibarən hər gün 24 saat fəaliyyət göstərir, koronavirusundan ölən adamların hər gün ən az 100-nün cansız bədənini yandırırq. İstirahət günlərimiz də ləğv olunub, evlərimizə gedə bilmirik. Uhanın 13 nömrəli həmçinin, yeni tikilən xəstəxanadan cəsədlər gəlir. Hər gün ən az 100 cəsəd torbasına ehtiyacımız olur".
Digər tərəfdən Çinin dövlət mediasından verilən məlumatlara görə, krimatoriyaların yaxınlığında dəfn mərasimi keçirilməsinə qadağa qoyulub.

Firəngiz Quliyeva

DİGƏR XƏBƏRLƏR

Top