İsgəndər Həmidovun vəziyyəti necədir? - Həkim DANIŞDI


“İsgəndər Həmidov komadan ayılmayıb, vəziyyəti ağır stabil olaraq qalır. Hazırda intensiv konsilium keçirilir və müalicəsi davam edir. Lakin komadan ayılması şansları çox aşağı qiymətləndirilir”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri “Yeni Müsavat”a professor, “City Hospital”ın həkimi Adil Qeybulla sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhətindəki son vəziyyət haqda danışarkən bildirdi.
Onun sözlərinə görə, İ.Həmidovun “City Hospital”da müalicə davam etdirilsə də, ümid azdır: “İsgəndər Həmidovun vəziyyəti stabil-ağır olaraq qalır, maliyyə sıxıntıları ilə əlaqədar olaraq ailəsi xəstəxana seçimini dəyişdi. İsgəndər Həmidov əvvəl ”City Hospital"a gətirildi, ilkin yardım olunaraq, süni nəfəs verildi. Daha sonra Mərkəzi Klinikanın reanimasiya şöbəsində imkanlar daha geniş olduğu üçün xəstə ora köçürüldü. 10 gün Mərkəzi Klinikada qalandan sonra ailədaxili maliyyə sıxıntıları olduğu üçün İsgəndər Həmidov yenidən “City Hospital”a qaytarılıb". 

DİGƏR XƏBƏRLƏR

Top