Ermənistan referenduma gedir


Ermənistan parlamentinin növbədənkənar iclasında Konstitusiya Məhkəməsinin sədri və üzvlərinin erkən istefasına dair referendum keçiriləcəyi haqqında qanun layihəsi təsdiqlənib.

Parlament sədri Ararat Mirzoyan qərarın 88 lehinə səslə qəbul olunduğunu açıqlayıb.

Parlamentə təqdim olunan referendum keçirmək haqqında qanun layihəsinə əsasən, Konstitusiyaya düzəlişlərin qəbul edildiyi 2015-ci ildən əvvəl təyin edilmiş KM sədri və üzvlərinin səlahiyyətlərinə xitam verilməklə əvəzində qanuna görə ölkə prezidenti, Nazirlər Kabineti, hakimlərin ümumi yığıncağı tərəfindən təqdim edilənlər təyin olunur.

Baş nazir Nikol Paşinyan Konstitusiya Məhkəməsinin hazırkı sədri Hrayr Tovmasyanın vəzifəyə saxtakarlıqla gəldiyini dəfələrlə bildirmişdi. H.Tovmasyan isə bunu siyasi təzyiq olaraq səciyyələndirib.//Report

DİGƏR XƏBƏRLƏR

Top