Son məlumata görə isə bütün orqanlarda hər yaşda çox vacib olan D vitamininin konsentrasiyasından təsirlənən reseptorlar var. Elə buna görə də immun sisiteminin güclənməsi, yaxşı əhvalın olması, ən başlıcası isə xərçəngin yaranmasının qarşısını almaq üçün bu vitamin ən vacib hesab edilir.
Qeyd edək ki, mütəxəssislər son illərdə D vitamini çatışmazlığının çox geniş yayıldığını vurğulayırlar. Körpələr, yeniyetmələr arasında bu problemə çox rast gəlinir.
Xatırladaq ki, orqanizmdə D vitamininin yaranmasını təmin edən başlıca amil Günəş işığı sayılır. Bu vitamin daha çox Günəşin təsiri nəticəsində dəridə yaranır.
Günəş vasitəsilə D vitamininin qəbulu üçün ən yaxşı zaman saat 11:00-15:00 arası sayılır. Bundan başqa, bir çox qidalar, yumurta, balıq, süd və süd məhsulları, qaraciyər, göbələk və s. D vitamini mənbəyi sayılır. //e-tibb.az

Tətbiqimizi yükləyə bilərsiniz